Menu

43 YAŞLI GENERAL- LEYTENANT TƏQAÜDƏ GÖNDƏRİLDİ - Yerinə general-mayor təyin olunub + FOTO

07.02.2026, 21:00
43 YAŞLI GENERAL- LEYTENANT TƏQAÜDƏ GÖNDƏRİLDİ - Yerinə general-mayor təyin olunub + FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.

“AzPolitika” “ xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.

B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. 

Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.

Şərhlər

Veli celilov 2026-02-09 17:22:52

Belə generalla fəxr edirik Allah onları var elesin

Vətəndaş 2026-02-08 16:37:04

Bu qədər general harada hazırlanr.hansı müharibələrin iştirakçıları olublar qəhrmanlıqlar göstəriblər? .....

Səbuhi Rüstəmov 2026-02-07 22:20:21

Nə baş verir ki,cavan kadırlar təqaüdə gedir.

Asif 2026-02-07 21:51:20

Bu qurum eslinde cox yaxsi idare olunir. Gencler merhele ile ireli cekilir. Yoxsa bezi qurumlse kimi illerle calisan insanlarxqalib rusvetnen tanisliqnan 3 5 ay isleyen oz usaqlarina rutbe paylamir. Deyer verir tehsili olan genclere.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol