Saleh İsmayilov müharibənin ilk günündən döyüşlərdə olub
Ukraynanın Rusiya işğalından müdafiəsində iştirak edən daha bir azərbaycanlı həyatını itirib.
“AzPolitika” xəbər verir ki, Azərbaycan vətəndaşı olan və döyüşlərdə ”Saxa” adı ilə tanınan Saleh İsmayilov Ukraynada dünyasını dəyişib.
S.İsmayılov müharibənin ilk günlərindən könüllü olaraq Ukrayna ordusuna qoşulub. Onun 3 aya yaxın Baxmut uğrunda döyüşlərdə iştirak etdiyi bildirilir. O həmçinin, cəbhənin digər bir çox ən qaynar nöqtələrində xidmət aparıb. Döyüşlərin birində ağır yaralanan S.İsmayılovun sonradan onkoloji xəstəlikdən əziyyət çəkməyə başladığı bildirilir. Qeyd olunur ki, həyatını da bu xəstəlikdən itirib.
S.İsmayılovun ölümü ilə bağlı sosial şəbəkələrin Ukrayna seqmentində xeyli sayda məlumatlara və başsağlığı mesajlarına rast gəlinir. Allah Rəhmət Eləsin!
“AzPolitika.info”


Şərhlər
Allah rehmet elesin !!