ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni heyətinə qatıb. 

Klubun yaydığı məlumata görə, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılaşma əldə olunub.

Mövcud razılaşmaya əsasən, transfer MLS-in “U22 Initiative” proqramı çərçivəsində həyata keçirilib. Bu proqram gənc futbolçuların daha aşağı büdcə xərci ilə transfer olunmasına imkan verir və futbolçunun maaşı ilə transfer haqqı klubun maaş limitinə güzəştli şəkildə daxil edilir.

Qeyd edək ki, Nəriman Axundzadə 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. O, bu müddət ərzində komandada 35 qol vurub, 17 məhsuldar ötürmə ilə yadda qalıb. 2023-cü ildən Azərbaycan millisinin üzvü olan hücumçu, yığmada hələlik fərqlənə bilməyib.

"AzPolitika.info"