UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasının biletləri bu gün, 12 fevral saat 12:00-dan etibarən satışa çıxarılır.
İngiltərə təmsilçisini qəbul edəcək Ağdam klubu oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Azarkeşlər üçün standart biletlərin qiyməti 10 manatdan başlayaraq 75 manata qədər dəyişir. VIP sektorlar üzrə qiymətlər 200, 250, 300 və 400 manat təşkil edir. VVIP sektorunda yer almaq istəyənlər isə biletləri 1000 manata əldə edə bilərlər.
Biletlər iTicket.az platforması üzərindən – rəsmi sayt və mobil tətbiq vasitəsilə satışa təqdim olunur. Onlayn alış zamanı problem yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvarda yerləşən “Qarabağ” FK-nın Fan-Şopuna və ya stadionun kassalarına müraciət edə bilərlər.
"AzPolitika.info"

Şərhlər