Menu

Əli Kərimli Azərbaycanı KTMT-yə üzv edəcəyini vəd edib - Qənimət Zahidin səs yazısı + VİDEO

12.02.2026, 21:19
Əli Kərimli Azərbaycanı KTMT-yə üzv edəcəyini vəd edib - Qənimət Zahidin səs yazısı + VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Abbas Abbasov Əli Kərimli və digərləri barədə videomaterial yayıb. 

"AzPolitika" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin bu gün yaydığı  videomaterialda cinayət işi üzrə ittiham olunan Qənimət Zahidin də səs yazıları yer alıb.

Qeyd olunur ki, Qənimət Zahid 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib.

Səs yazısında Qənimət Zahid Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv ola biləcəyini də qeyd edir..

Şərhlər

Bon Münhauz, ya 3cü müşgedyor 2026-02-12 16:56:18

AXCPçinin Əcəb Separat niyyəti-məramı varmış? Hazırda ya KTMT sövdəli AXCP Dövlət Katibi vəzifəsində olarkən birbaşa MDB və KTMT üzvlüyünə yalnız Qarabağın hərbi işğaldan azadlığı şərti ilə mümkünlüyünü o zaman və sonrakı dövrlərdə təklif etməyibmiş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol