Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi fevralın 13–14-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunacaq ikitərəfli dəyirmi masada iştirak etmək məqsədilə quru yolla Ermənistana gedib.
Ermənistan mediasının yaydığı məlumata görə, nümayəndə heyəti sərhədin delimitasiya və demarkasiya edilmiş hissəsindən keçərək, bütün zəruri prosedurları tamamladıqdan sonra ölkəyə daxil olub.
Qeyd olunur ki, SSRİ dağılandan sonra ilk dəfədir azərbaycanlılar Ermənistana quru sərhəddən keçərək səfər edirlər. Bundan əvvəl, 2025-ci ilin oktyabr ayında da Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistana səfər etmişdilər, lakin həmin səfər hava yolu ilə reallaşmışdı.
Qeyd edək ki, ikigünlük dəyirmi masada Azərbaycan tərəfdən vətəndaş cəmiyyətindən aşağıdakı şəxslər iştirak edəcək:
Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri;
Rusif Hüseynov - Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru;
Kəmalə Məmmədova - 1news.az saytının baş redaktoru;
Ramil İsgəndərli - Milli QHT Forumu İdarə Heyətinin sədri;
Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi;
Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi;
Zaur Şiriyev - Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya (Carnegie Russia and Eurasia Center) üzrə tədqiqatçısı;
Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini;
Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri;
Rauf Ağamirzəyev - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert;
Gülbəniz Qənbərova - “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri;
Nəzrin Əliyeva - “İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin nümayəndəsi;
Eldar Həmzəli - tədqiqatçı, müstəqil ekspert;
Sanan Rzayev - CBC televiziya kanalının redaktoru və aparıcı siyasi şərhçisi;
Gülşən Axundova - “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti;
Emin Əliyev - TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru;
Orxan Babayev - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı;
İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri;
Fuad Ağamalıyev - CBC televiziya kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri.
"AzPolitika.info"






Şərhlər
Azərbaycan xalqının böyük tarixi var böyük bir dövlətçilik ənənələri olub. Heyif ki indiki zamanda ona gör heç bir kökü olmayan özlərini nəhəng kimi göstərən Rusiya Türkiyə dərs keçir və sərvətin növbə ilə talayıb aparırlar. Ermənistan farsıstan boş şeydir. İnaniram ki gələcək nəsillər öz tarixini vətənpərvər müəllimlərondən öyrənib böyükdövlətimizi quracaq və yaşadacaqlar. Bunun üçün yüksək biliklər və texnologiya lazımdır. Öz bilik səviyyəsi ilə dünyaya meydan oxuyan dövlətə doğru irəli mənim Azəri xalqim
Nedi teyyare ile gedmeye pullari yoxdu. Dunenecen iran ermenilere silah verir deyenner bugun niye yoxa cixiblar butun quru yol baglidi bir tek ermenisdana gede bilirler quru yolla qalan olkeler duşmen oldu indi bele cixir bu mesajdan?
Allah Rəhmət Etsin Məkani Cənnət Olsun Şəhidlərimiziin
İqtisadi ticarət əlaqəsi qurmaq olar aslı qalsınlar . amma gediş gəliş yox
Rusiya imkan yaradsa ermənilər mövqelərini yenidən bir anda dəyişəcək
Azərbaycan xalqı sülh içində yaşasın,amma düşmən həmişə düşmən olaraq qalacaq.
Yəqin ki dayısı xalası uşaqları üçün darıxıblar ona görə gediblər. 250 ildir düşmən qanımızı içir. 30 ildir də şəhid veririk. necə millətik biz
100 illik müharibələr belə sülh müqaviləsi ilə sonlanır.Əbədi düşmənçilik və dostluq olmur.Amma tarixi varqlayıb erməni kimliyini unutmamalıyıq.Unutsaq nə tokülən qanlarımız,nə də gələcək bizi bağışlamaz.
Xalqlarımızın bir birinə yaxınlaşmasi müsbət cəhətdir. Ancaq heç vaxtı unutmamalıyıq ki, ermənilər nə məxluqdurlar. Əllərinə imkan düşsə qanımızı içərlər.
İnşallah xeyirli səfər olar
Qardaş olur haystan Azərbaycan.