Menu

Arif Hacılı müavinini vəzifəsindən azad edib

29.12.2014, 13:21
Arif Hacılı müavinini vəzifəsindən azad edib

Müsavat Partiyasının başqanı Arif Hacılı müavini Nüşabə Sadıqlının vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib.

Partiyadan APA-ya verilən məlumata görə, sərəncamda bildirilir ki, N. Sadıqlı Müsavat Partiyası Məclisinin sədri seçilməsi ilə əlaqədar olaraq Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilir.

Xatırladaq ki, N. Sadıqlı 62 səs lehinə, 14 səs əleyhinə olmaqla Müsavat Məclisinin sədri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol