Britaniya imperiyasının II dünya müharibəsindən qalib çıxmasında baş nazir kimi böyük rol oynamış ser Uinston Çörçil, islam dini və Şərq mədəniyyətinə o qədər vurğun olub ki, hətta ailə üzvlərindən biri məktub ünvanlayaraq, Uinstonu müsəlmanlığı qəbul etməməyə çağırıb.
1907-ci ilin avqustunda Çörçilin qardaşının gələcək həyat yoldaşı ona belə bir çağırış edib: “Sizdən islam dinini qəbul etməməyi xahiş edirəm. Mən sizin özünüzü Şərq manerasında aparmağa meyllənməyinizi hiss etmişəm. Əsasən də paşalara bənzəməyə çalışırsınız. Bu doğurdan da belədir."
Həmin məktubda Çörçildən islamı qəbul etmək arzularına qarşı mübarizə aparmaq da xahiş olunur.
Bu məktub Kembric Universitetinin elmi işçisi doktor Uorren Dokter tərəfindən aşkarlanıb. Uinston Çörçilə belə bir məktubla müraciəti isə onun qardaşının gələcək həyat yoldaşı ledi Qvenden Berte edib.
"İndipendent" qəzetinə verdiyi müsahibədə Uorren Dokter deyib: “Çörçil heç də ciddi olaraq islam dinini qəbul etmək barədə düşünməyib. Bu arada o hətta ateistliyə yaxınlaşmağa belə macal tapmışdı. Ancaq o, hədsiz dərəcədə islam mədəniyyətinə valeh olmuşdu. Bu isə həmin dövrdəki Viktorian cəmiyyətinin nümayəndələrinə xas olan bir xüsusiyyət idi.”
Çörçil Britaniya ordusunun zabiti kimi Sudanda xidmət göstərdiyi zaman islam cəmiyyəti və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmişdi. O, ledi Littona 1907-ci ildə yazdığı məktubda paşa olmaq istəyini bildirmişdi. Onun həmin dövrdəki müasirləri bildirirdilər ki, Uinston Çörçil öz hərbi xidməti dövründə ərəb tərzində geyinməyi çox xoşlayırmış.
1940-cı ildə alman nasistlərinə qarşı mübarizədə Britaniya imperiyasının baş naziri postuna gətirilən Çörçil Londonun Ridcens parkındakı mərkəzi məscidin tikilməsi planına böyük dəstək verib. Hətta o, tikinti işlərinə 100 min funt ayrılmasna da yardım göstərib. O, bunula II Dünya Müharibəsi dövründə müsəlman ölkələrinin dəstəyini qazanmaq istəyirdi. Sonralar İctimai Palataya müraciətində Çörçil bildiridi: “Bizim müsəlman ölkələrindəki dostlarımız bu cür hədiyyədən məmnun qalaraq bizə öz xüsusi minnətdarlıqlarını çatdrırlar”.
The İndependent
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər