Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub.

Şəhidimizlə keçirilən vida mərasimindən sonra onun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindənki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Sumqayıtda isə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra M.Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.