Menu

Əvəz Zeynallı azadlıqda

29.12.2014, 16:17
Əvəz Zeynallı azadlıqda

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının adı prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamına düşüb.Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Qeyd edək ki, Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Zeynallı ona qarşı irəli sürülən ittihamları sübut olunmamaış sayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol