ABŞ İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, - Tramp qeyd edib.
"İranın raket sənayesini və donanmasını məhv edəcəyik" - Tramp bildirib.
“47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına malik ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki , bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”, - Tramp qeyd edib.

Şərhlər
Nə yazıq ki, tarixdə özləri üçün rejimlər formalaşdırmış tiqranlar nə tarixdən dərs alarlar, nə də indiki dünyamızda gözü çıxarılan "qardaşlarından". Bütün hallarda olan isə milllətə və onların min illiklərlə sahib olduqları ölkələrə olur. Əslində onlar özlərini xalqdan sansalar, xalqa bunca fəlakətləri yaşatNə yazıq ki, tarixdə özləri üçün rejimlər formalaşdırmış tiqranlar nə tarixdən dərs alarlar, nə də indiki dünyamızda gözü çıxarılan "qardaşlarından". Bütün hallarda olan isə milllətə və onların min illiklərlə sahib olduqları ölkələrə olur. Əslində onlar özlərini xalqdan sansalar, xalqa bunca fəlakətləri yaşatmazlar. Amerika aylardır deyir İranı vuracam. Vururam deyən də təbii ki sonda bir gün vuracaqdı və vurmağa başladı da. Amerikanın İranda maraqları, başqa bir söhbətin mövzusu. Amma 47 ildir, ölkəni dünyadan təcrid edən, xalqına olmazın fəlakətlərini yaşadan İran rejiminin regonal və qlobal siyasəti təbii ki dünyanın düzəninə mənfi təsir edirdi və bu rejim enində- sonunda dağıdılmağa məhkum idi. Çox təssüf ki, Molla rejimi bunların farkına varmadı və Səddam kimilərin yolunu tutdu. Bu artıq həm millətə xəyanətdir, həm də özlərinə. Allah İran camaatının yardımçısı olsun.mazlar. Amerika aylardır deyir İranı vuracam. Vururam deyən də təbii ki sonda bir gün vuracaqdı və vurmağa başladı da. Amerikanın İranda maraqları, başqa bir söhbətin mövzusu. Amma 47 ildir, ölkəni dünyadan təcrid edən, xalqına olmazın fəlakətlərini yaşadan İran rejiminin regonal və qlobal siyasəti təbii ki dünyanın düzəninə mənfi təsir edirdi və bu rejim enində- sonunda dağıdılmağa məhkum idi. Çox təssüf ki, Molla rejimi bunların farkına varmadı və Səddam kimilərin yolunu tutdu. Bu artıq həm millətə xəyanətdir, həm də özlərinə. Allah İran camaatının yardımçısı olsun.