ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.
APA xəbər verir ki, o, bu barədə "Truth Social” hesabında yazıb.
Tramp qeyd edib ki, "tarixin ən qəddar insanlarından biri olan Xamenei ölüb".
O, Xameneinin öldürülməsini həm İran xalqı üçün, həm də amerikalılar və digər insanlar baxımından ədalətli hesab edib.
Onun sözlərinə görə, Xamenei ABŞ-ın kəşfiyyat və yüksək texnoloji izləmə sistemlərindən qaça bilməyib.
"Bu, İran xalqının ölkələrini geri qaytarmaq üçün ən böyük şansıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun, digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxunun artıq döyüşmək istəmədiyini və bizdən toxunulmazlıq istədiklərini eşidirik. Dünən gecə dediyim kimi: "indi toxunulmazlıq ala bilərlər, sonra yalnız ölüm onları gözləyir!" Ümid edirəm ki, İslam İnqilabı Keşikçiləri Korpusu və polis İran vətənpərvərləri ilə dinc şəkildə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün vahid şəkildə çalışacaqlar".

***
İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.
APA xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
"Reuters“ agentliyi isə İsrail rəsmisinə istinadən məlumat yayıb ki, İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.
Qeyd olunur ki, İsrail rəsmi açıqlama hazırlanır.
Ancaq İran Xameneinin "təhlükəsiz və sağlam" olduğunu bildirir.
***
İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini liderinin həlak olma ehtimalının artdığını qeyd edib.
"Report" xəbər verir ki, "Ynet" portalı ondan sitat gətirib
"Xameneyinin artıq sağ olmadığına dair əlamətlər artır", – Netanyahu bildirib.
İrandan bununla bağlı təsdiq yoxdur.

Şərhlər
Yer kürəsində nə qədər kanalizasiya varsa hamısı uc-uca calanıb türk düşməni, İslam düşməni, insan düşməni olan Xaneinin gorundan dövr edib cəhənnəmə tökülsün.... YARADANLA alaymı eləyirdin?
Bunlar bir birilərini sata- sata, özlərinin sonlarını gətirəcəklər. Demədi deməyin. Tıpkı zamanında İraklla bağlı yazdığm kimi. Amerika Səddamı yox etmək üçün İraka hücum edəndə, bir Amerika generalı maşınla ön cəbhəyə gedəndə, yolda bir çobanın qoyun otardığını görür. Maşını saxlayır və çobanı çağırıb deyir, köpəyini mənə sata bilərsən, deyir yox. Deyir niyə. Çoban deyir bu köpək olmasa bu sürünü saxlaya bilmərəm. Çıxarır 100 dollar və deyir, indi sata bilərsən. Çoban dərhal deyir, bəli. 100 dolları verir. Sonra deyir indi bu köpək oldu mənim. Bir 100 dollarda çıxarır deyir indi bunun başını kəs və dərisini soy. Çoban onun dediklərini edir. O çobana sağol deyib gedir. Yolda genieral artıq İrakdan nədən başlayacağını müəyyən etmişdir. Ona görə də sonradan pulla ələ alınan Səddamın generalları, Amerika qoşunlarına bir güllə belə atmadılar və İrak işğal olundu. Sonu da məlumdur. Ona görə də Səddam zamanında öz generalına, öz məmuruna və nəhayyət də öz millətiniə yaxşı maaş (onları təmin edəcək qədər) versəidi əgər, məqamı gələndə onlar nə öz ölkəsini nə də köpəyini yüz dollara satmazdılar. Məsələ bu qədər açıq və net.
fars ve rus bizim dushmendi. Amma men bu bashliqla razi deyilem. Trupm ve ya israil lideri guya yaxshidi?