Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

“AzPolitika” xəbər verir ki, Dunkan Norman bu ilin mayında hazırki fövqaladə və səlahiyyətli səfir Fergus Auldu əvəz edəcək. Qeyd edək ki, rəsmi London Qafqazda ən sıx tərəfdaşı ilə diplomatik, siyasi, iqtisadi əlaqələrə xüsusi önəm verir.

Azərbaycanın digər Qərb tərəfdaşları - Avropa İttifaqı ölkələri də vaxtaşırı səfir təyinatlarını gecikdirmədən həyata keçirilər. Bu, da təbii ki, ikitərəfli münasibətlərə verilən önəmlə bağlıdır.

Amma bunu Azərbaycanın ABŞ hökuməti ilə münasibətlərə aid etmək olmur. Artıq 1 il 3 aydır Vaşinqtonun Bakıda səfiri yoxdur. Sonucu diplomat Mark Libbi 3 dekabr 2024-cü ildə səhhəti ilə bağlı vəzifəsindən istefa verib. Daha sonra Dövlət Departamenti bu posta namizədlərini Konqressə təqdim etməyib.

Qeyd edək ki, 2024-cü ildə ABŞ-də hakimiyyətə gələn Donald Tramp administrasiyası Azərbayanla münasibətləri yeni səhifədən başlayıb. Demokratların dövründə mövcud olan problemlər aradan qaıldırılıb, ötən il avqustun 8-də Ağ Evdə Prezident Trampın iştirakı ilə Azərbayan və Ermənistan liderləri sülh sazişini paraflayıblar. Bu il fevralın əvvəlində isə ABŞ vitse-prezidenti J.D.Vens Azərbayana səfər edib, səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığa dair Xartiya imalanıb.

Bu dövrdə Ağ Ev hələ də Bakıya səfir göndərməyə tələsmir. Ola bilsin, qarşıdakı ayalarda ikitərəfli münasibətlərin müsbət xarakterinə uyğun gəlməyən bu çatışmazlıq aradan qaldırlacaq...

Rasim

“AzPolitika.info”