SEPAH regionda ABŞ hədəflərinə 15-ci raket və dron dalğası həyata keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qətərdəki “Əl-Üdeyd” bazası və BƏƏ-dəki “Füceyrə” neft yatağına zərbə endirildiyi ilə bağlı da məlumatlar var.

Qətərdəki "Əl-Üdeyd" aviabazası ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi obyektlərindən biri və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əsas aviabazasıdır. Qətərin paytaxtı Doha yaxınlığında yerləşən bu baza, İran və regiondakı digər gərginliklər zamanı ABŞ-nin hərbi əməliyyatlarını koordinasiya edən strateji mövqeyə malikdir.