Ukrayna PUA-ları Zaporojye vilayətində Rusiyanın bahalı “Kasta” hərbi radarını məhv edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA bölmələrinə başçılıq edən Robert Brovdi (Madyar) öz sosial şəbəkə səhifəsində paylaşım edib.

“Kasta” radarı iki hava hücumundan müdafiə sistemi vahidi kompleksi, hava məkanına nəzarət, son dərəcə aşağı hündürlüklərdə aerodinamik hədəflərin uçuş koordinatlarının təyini və hava hərəkətinin idarə olunması üçün iki koordinatlı özüyeriyən radar stansiyasıdır.

Bu stansiya 100 m-dən 44 km dərinliyə, 6000 m-dən 115 km dərinliyə qədər super aşağı hündürlüklərdə eyni vaxtda dəqiqədə 20-yə qədər hava hədəfini aşkarlayır.

“AzPolitika.info”