ABŞ və İsrailin İranda ibtidai məktəbə endirdiyi qanlı zərbə nəticəsində şəhid olan 168 qız şagird torpağa tapşırılıb.
"AzPolitika" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yan-yana qazılmış məzarların görüntüsünü paylaşaraq Vaşinqton və Təl-Əviv rəhbərliyini sərt tənqid edib.
Nazir paylaşımında hücum nəticəsində həlak olan uşaqlar üçün qazılan məzarları göstərərək beynəlxalq ictimaiyyətə səslənib:“Bunlar ABŞ və İsrailin ibtidai məktəbi bombalaması nəticəsində öldürülən 160-dan çox günahsız qız uşağı üçün qazılan məzarlardır. Onların bədənləri parçalanıb. Trampın vəd etdiyi ‘azadlıq’ budurmu? Bax, bu azadlıq məhz belə görünür. Qəzzədən Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilir”.
Əraqçi hadisəni “mülki əhaliyə qarşı açıq terror aktı” kimi qiymətləndirib və beynəlxalq təşkilatları susqunluğa son qoymağa çağırıb.
Hücumda həyatını itirən şagirdlər üçün bu gün İranda kütləvi dəfn mərasimi keçirilir. Səhər saatlarından etibarən minlərlə insan mərasim məkanına toplaşıb. Ölkədə ümummilli matəm əhval-ruhiyyəsi hökm sürür.




Şərhlər
Allah rəhmət etsin. günahsız uşaqları öldürənlər cəzalarına çatmalıdır.
Çox dəhşətli mənzərə və hadisədir. Yazıq uşaqların nə günahı vardır? Budurmu Avropa-Amerika mədəniyyəti?
Amma İran hakimiyyəti də müharibə qanunlarına görə öz dinc əhalisinin təhlükəsizliyini təmin etməlidir. Çox təəssüf....
Qerbde liderler esrler boyu qandan beslenmişler.Bu böyük şere qarşı ehalisi müselman olan dövletlerin birleşmesi lazımdır.
Allah rəhmət eləsin vəhşilər tərəfindən öldürülən hər bir günahsız uşağa!
Azpolitika, inanılan deyil ki, bu məsələyə yüzlərlə şərh verənlər olmasın. Yəni, bizim əhali bu qədər laqeydləşdirilib? Yoxsa fars uşaqlarıdı və belədə olmalıdı? "Soruşma, zəng kimə görə gəlir, O, sənin üçün çalır...". E. Heminquey.