İranın Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
“AzPolitika” xəbər verir ki, yaydığı xəbərə görə, dronlardan biri Naxçıvan hava limanının ərazisinə düşüb. Digər bir neçə pilotsuz aparatın isə şəhərin müxtəlif nöqtələrinə düşdüyü iddia olunur.
Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində müəyyən dağıntıların baş verdiyi, tavan konstruksiyalarının və şüşə elementlərin zədələndiyi görünür. İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb, lakin obyektə müəyyən maddi zərər dəyib.
Bununla yanaşı, hadisədən sonra Naxçıvana istiqamətlənən bəzi təyyarələrin geri döndüyü və hava limanında uçuşların müvəqqəti məhdudlaşdırıldığı bildirilir.
Hazırda yayılan bu məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir. Azərbaycan tərəfi isə baş verən hadisə ilə bağlı hələlik geniş açıqlama verməyib.
Bununla İran rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq əsl mahiyyətini göstərib. İrana qarşı hərbi əməliyyatlarda öz ərazisinin istifadəsinə icazə verməyən Azərbaycanın İran tərəfdən hücuma məruz qalması Tehranın nankorluğunu göstərir.
"AzPolitika.info"

Şərhlər
Sovinist Fars rejimi redd olmalidir. Budu nankorluq .Veten muharibesindede bele nankorluq etmisdiler. bu ne demekdir Naxcivana dron atmaq, mundar Fars. Allah Cenab Prezidentimiz qorusun
Bu İran heç vaxt müselman ölkesi olmayıb bu terror narkomafiya ölkesidir.Axırı bize bşr ziyan vyracaw ki erneniker razı qaksın?