İqtisadçı Natiq Cəfərli İqtisadiyyat naziri Mikayıl Cabbarovun son açıqlamalarına münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, nazirə səslənən N.Cəfərli vergi-rüsum artırmaqla ölkə iqtisadiyyatının inkişafını gözləməyin yersiz olduğunu qeyd edib:
“Mikayıl Cabbarov: “Həyata keçirilən tədbirlər nəticəsində vergi inzibatçılığı təkmilləşdirilib, biznes mühitinin yaxşılaşdırılması və iqtisadi fəaliyyətin leqallaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu il yanvarın 1-dən qeyri-neft özəl sektorunda tətbiq olunan əməkhaqqı islahatı vergi sistemində aparılan dəyişikliklərin əsas elementlərindən biri olub. Bu layihə əmək münasibətlərinin şəffaflaşdırılmasına və qeyri-rəsmi məşğulluğun azaldılmasına mühüm töhfə verib və bu ilin əvvəlində layihənin icrası tamamlanıb”. Cənab nazir bu ildən özəl sektorda çalışanlar üçün 3%, gələn il 5%, 2028-ci ildə isə 7% əlavə vergi yükü gətirilməsi haqqında verilmiş qərarı əsaslandırmaq üçün bu sözləri deyib.
Hörmətli Mikayıl müəllim, 2020-ci ilin yanvarın birinə, yəni, vergi güzəştləri tədbiq edilən zaman ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 645,4 min nəfər təşkil edib. Bunlardan 912,1 min nəfəri dövlət-büdcə sahəsində, 733,3 mini özəl sektorda çalışıblar.
Bu ilin, 2026-cı ilin yanvarın birinə, yəni hökumət vergi güzəştlərini ləğv edib, vergi yükünü artırmağa başladığı zaman muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər təşkil edib. Bunlardan 865,8 min nəfəri dövlət sektorunda, 942 mini isə özəl sektorda çalışırlar. Hörmətli Mikayıl müəllim, 2020-ci ildən vergi güzəştləri tədbiq ediləndən sonra ölkəmizdə muzdla çalışanların sayı cəmi 163 min nəfər artıb. Sırf özəl sektorda işçi sayı artımını nəzərə alsaq, 208 min işçi sayı artıb ki, bu da ilə 34 min əlavə iş yeri deməkdir. Amma, bu iş yerlərinin sayının artması vergi güzəştlərinə görə olmadı axı, ciddi yoxlamalar oldu, ZATƏN VAR OLAN iş yerləri rəsmiləşdi, yenisi yaranmadı, və ya, VÖEN-i olub xidməti müqavilə ilə çalışanları məcburən rəsmiləşdirilməsi baş verdi, yəni, bu da yeni iş yerləri deyildi.
Hörmətli cənab nazir, rəsmi rəqəmlər göstərir ki, güzəştlərin tədbiqi ciddi nəticələr vermədi, amma, ləğv edildi, indi əks-effektlə qarşılaşacağıq, özəl sektorda olan iş yerlərində ciddi ixtisarlar olacaq. Bunun üzərinə dövlət-büdcə sektorunda da başlanmış ciddi ixtisarları da gəlin – mənzərə heç də yaxşı deyil.
Kiçik sahibkarlığın təşviqinə ehtiyac var ki, işini itirinlər özləri iş qura bilsinlər. Bunun üçün ƏDV-yə düşən dövriyyə 1 mln. manata qaldırılmalı, dövriyyədən vergi Bakı şəhərində 3%, regionlarda cəmi 1% olmalı, digər bütün vergi növləri ləğv edilməli, Dövlət İnvestisiya və Aqrar Bankı qurulmalı, Neft Fondundan ora ilkin olaraq 1 mlrd. manat ayrılmalı, o bank ancaq və ancaq kiçik biznes və aqrar sekrora illik cəmi 3-4%-lə kredit verməlidir. Amma, kredit verilməsi o qədər şəffaf olmalıdır ki, həm risklər nəzərə alınmalı, həm də vəsait əsl sahibkarlara, fermerlərə çatmalıdır. Hörmətli Mikayıl müəllim, iqtisadiyyat hamımızın həyatına təsir edən sahədir, ona görə də, bu sahədə alınan qərarlar ciddi müzakirə olunmalı, ölkəmizin iqtisadi modeli yenidən nəzərdən keçirilməlidir. Bu gün köhnə model artıq öz zamanını doldurub – büdcə xərcləri hesabına böyümə modelinin sonuna gəlmişik, büdcənin gəlirləri azalıb, qənaət rejiminə keçimək zərurəti yaranıb.
Cənab nazir, bu gün hökumət büdcə gəlirlərinin azalmasını ən böyük problem kimi görür, buna görə də, vergi-rüsum artırmaqla bu problemi həll etmək istəyir – doğru yanaşma deyil, ən böyük problemimiz iqtisadi aktivliyin, ÜDM-in artım tempinin azalmasıdır. Hədəf kimi məhz iqtisadi aktivliyin artırılması qoyulmalıdır, bu zaman bir müddət sonra büdcə gəlirləri də zatən artacaq...”
“AzPolitika.info”

Şərhlər
Mikayıl müəllim, Vergilər Naziri təyin ediləndən bir ay sonra nazirlikdə başqa mütəxəssislər kimi, biz də Vergi Məcəlləsi ilə bağlı 16 adda təklif vermişdik. O zaman Nazirlikdə dinlənilmişəm (2019-cu ilin yanvar ayının əvvəlində), sonra da rəsmi olaraq da təkliflərimi vermişəm. Təssüf ki, nəticəsi olmadı. Məhz bütün bunlardan dolayıdır ki, ölkədə özəl sektor ikişaf etmir ki etmir. Çünki vergi yükü həddindən artıq çoxdur. Hələ kənar müdaxilələri də demirik.Sahibkarlığı inkişaf etdirmək üçün, ilkin olaraq verki yükü elə bir həddə enidrilməlidir ki, hər kəs onu özəməkdə naraqlı olsun. İnanın ki, indiki şərait də istənilən vergi növü üzrə verginin dərəcəsi 50 % azaldılsa, il ərzində həmin vergi növü üzrə yığım, yüz faizlik olan dövrdən bəlkə də iki qat artıq yığılar. O halda hər bir sahibkar qeyri rəsmi ödəmələrdən qurtulmaq üçün, ikili uçotunu da (ağ və qara) aradan qaldırar, vergini də qəpiyinə kimi ödəyər. Təbii aidiyyatı olmayan qurumların da müdaxilələrinə son qoyularsa əgər. Belə bir vəziyyət, ölkədə sahibkarlığın inkişafına da böyül bir stimul verər . Həm də inanın ki, ölkədə işsiz də qalmaz. Bir də Vergi Məcəlləsinə də toxunmaq istərdim. Hazırki vergi məcəlləsi həddindən artıq qəlizləşdirilib, yəni başa düşülmək həddindən çıxıb. Yəni məcəllədə konkretlik itib. Bu nə məqsəd daşıyır, yaxşı olardı nazirlikdən bir nəfər əməkdaş da buna aydınlıq gətirərdi, nədən.2000-ci ildə İzraildə dövlət xətti ilə bir ay kursda olduq. O zaman bir araşdırma apardıq ki, İzraildə özəl sektorda aylıq maaş 2300-2500 ABŞ dolları cıvarındadır və ölkədə də işsiz demək olar ki, yoxdur. Ən böyük 2300 şirkət demək olar ki, ölkə büdcəsinə ödənişi də saxlayır, insanların işlə təmin olunmasını da. Ona görə də Ölkədə bu sahəyə məsul şəxslər, azacıq da olsa bir ətrafa baxsınıar və özlərinə sual etsinlər ki, nədən Ölkə Başçısı bu sahədə qarşıya qoyduğu hədəflərə ulaşmaq zaman alır. Hərçənd ki, O ölkədə sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün istənilən mütərəqqi fikirlərə açıqdır.
nə qəəər ki, dövlət səviyyəsində qurulmuş rüşvətxorluq piramidası dağıdılmayıb və dövlət idarəetmə sistemində həqiqi islahatlar aparılmayacaqsa iqtisadiyyatın inkişafı olmayacaq. Və bu proseslərin aparılması üfüqdə görünmür.
Hazırki iqtisadi komanda yalnız cərimə iqtisadiyyatı qura bilərdi, onuda qurublar. Azad bazar iqtisadiyytı onlara mümkün bir iş kimi görünmür. İnşaallah ölkə rəhbərliyi bunları layiq olduğu yerə göndərər bir gün. Yazıq kasıb camaata.
vergi və rüsumu artırmaqla iqtisadiyyatı gücləndirmək olmaz
Bedbaxtciliq
Hər kəs öz işi ilə məşğul olmalıdır.Hüquqşunas hardan bilsin iqtisadiyyatı o sahədə işləməyib axı.DVX gətirib Zoologiya,Biologiya muellim qebul edende nece olacag ki,Natiq m siz bir meseleneni nezere almirsiz Mikayil m ele bilirki vergi vamaat ozu odeyir.Daha demir ki,Sederekde ve Binede o qeder yayinma var.
Bizim nə qədər pis nazirimiz varmış, Heç demə bunun iqtisadiyyatdan qandığı bir qrafa yox imiş. ..
Bir gün de oksun istehsaat tecrübesi olmayan bu nazirin "islahatları" iqtisadiyyata ancaq ziyan vurar xeyur vermez.İqtusadiyyata slrf peşekarlar rehberlik etmelidurkee.Qohumbazllq,dotbazllqka" iqsadiyyat inkişaf etmez.
Tapılmayan əşyanı axtarana dəli deyilir. Ay cənab Cəfərli, ikayılCabbarov haradan bilsnki.itisadiyyat ndir.inkişaf nədir? Onun ba.elə düşünür ki.vegi ilə xalqı yükləsələr iqtsadiyyat yüksələr.bundan artığını onun başı bişirçir.O haradan anasn ki.sənaye yüksəlişi necə olur.importdan asılılıq necəazalr..