Menu

İran İsrailə növbəti raket zərbələri endirdi

08.03.2026, 22:16
İran İsrailə növbəti raket zərbələri endirdi

İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib.

Bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, raketlər əsasən İsrailin cənub ərazisinə yönəldilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. (report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol