"Bakupost TV"-də yeni maarifləndirici layihə – “Dünyanı dəyişənlər” verilişinin ilk buraxılışı yayımlanıb. Layihənin müəllifi və aparıcısı sabiq millət vəkili, maarifçi Etibar Əliyevdir.
İlk buraxılışda Alfred Nobel və Nobel qardaşlarının fəaliyyəti, onların Bakı neft sənayesinin inkişafındakı rolu və məşhur "Nobel mükafatı"nın yaranma tarixi haqqında maraqlı faktlar təqdim olunur.
Verilişdə həmçinin Nobel qardaşlarının Bakıda qurduğu neft sənayesinin dünya iqtisadiyyatına və elmin inkişafına təsirindən də bəhs edilir.
“Dünyanı dəyişənlər” verilişi dünya tarixində iz qoymuş şəxsiyyətləri və onların bəşəriyyətə təsirini tamaşaçılara çatdırmağı məqsəd qoyur.

Şərhlər
*BakıPost* TV hansı kanaldasa, Aparıcısı E.Əliyevə və verilişlərinə daimi yaradıcılıq uğurları arzulayıram. Səhv etmirəmsə, A.Nobelin Bakı neft ayırmasından bütün Yaradıcı Dünya Aləminə yönəltdiyi maliyyə-biznes çırağı əsrlərdir tükənmədən öz yaradıcı Vətəndaşlarını arayır ki, qiymətləndirsin! Digər Bakı çıraqları digər (ABŞ, BB və ..) ölkələrdən də alovlanır!? Neft xamı tükənməyə getsə də, hökumətin sərmayası elə neft süzümü və krekinqini ikinci dünya müharibəsidə yeni dünyəvi dərinliyə çıxara bilməyib? Səmərəli işlərə Uğurlar!