Menu

“DEYİRLƏR Kİ, OBYEKTİ BİZƏ VERMƏLİSƏN...” – “Həmin taxıl Fuad Nəcəflinin göstərişi ilə satılıb”

13.03.2026, 21:30
“DEYİRLƏR Kİ, OBYEKTİ BİZƏ VERMƏLİSƏN...” – “Həmin taxıl Fuad Nəcəflinin göstərişi ilə satılıb”

Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

"AzPolitika" "Gündəlik Naxçıvan"a istinadla xəbər verir ki, o, dövlətə məxsus 10 ton taxılın yeyintisində ittiham olunur.

Yaxınları isə onun günahsız olduğunu, dövlət əmlakını mənimsəmək səlahiyyətində olmadığını deyirlər: “Dövlətin taxılı Şakirin MMC-sinin anbarlarında saxlanılırdı. O vaxtkı səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Baş nazir Ceyhun Cəlilovun göstərişi ilə həmin taxıl satılıb. Şakir sadəcə həmin taxılın qoruqçusu kimi məsul şəxs idi. Özləri götürüb satıblar ki, guya köhnəlib, alıb yerinə təzəsini qoyacaqlar. Lakin satıb pulunu yeyiblər. İndi pulu yeyənlər azadlıqda kef edir, birinin vəzifəsi böyüdülür, Şakir isə həbs olunur”.

Yaxınlarının sözlərinə görə, yerli hakimiyyətin məqsədlərindən biri də sahibkarı sıxışdıraraq onun obyektini əlindən almaqdır: “Prokuror gəldi, qorxudub pul aldı. Digərləri də həmçinin. İndi də deyirlər ki, obyekti bizə verməlisən. Axı bu qədər quldurluq olmaz. Günahsız yerə tutub o böyüklükdə MMC-yə əl qoymaq istəyirlər”.

Qeyd edək ki, Şakir Tarverdiyev Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə martın 7-də həbs olunub.

"AzPolitika.info"

Şərhlər

Elbrus Seferov 2026-03-15 15:29:13

Ruslar bu cür qanunsuzluğa " рейдерский захват".

Fariz 2026-03-14 09:38:18

Bu 30 ildən arrlq dövrdə bizdə 1 dənədə olsun rəsmi milyoner iş adamı ortaya çıxmayıb. Çunki bizdə barbarlıqdır, tutub əmlakı əlindən alıb özününkiləşdirirlər. Azərbaycanda iş adamları yoxdur, milyonerlər isə öz tayfalarıdır.

Kohne 2026-03-14 00:12:10

10 TON ? ,,,,, BUNA GŎRE TUTUBLARDƏ....AY TOYUG OGRUSU !!! TUTMAZDILAR 10 000 TON OGRASAYDIN !

Ceyhun 2026-03-13 14:13:41

"İndi də deyirlər ki, obyekti bizə verməlisən. Axı bu qədər quldurluq olmaz." Kimlər üçün hər şey olar, bu qanundur, . Amma kimlər üçün isə olmaz .

Mehman 2026-03-13 12:15:45

10 T buğda 3000 manatdır. arpa daha ucuz. 5 manatdan atışıb ödəyərdik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol