Menu

“PAŞA Bank” ərəb şeyxinin bankını rəsmən aldı

30.12.2014, 15:01
“PAŞA Bank” ərəb şeyxinin bankını rəsmən aldı

Azərbaycanın ən böyük özəl banklarından olan “PAŞA Bank” Türkiyənin “TAIB Bankı”nı aldı. Virtualaz.org saytı xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK) “PAŞA Bank”ın “TAIB Bankı”nın səhmlərinin böyük bir hissəsini almaq istəyi ilə bağlı müraciətinə müsbət cavab verib.

Xatırladaq ki, “PAŞA Bank” Dubay şeyxi əl-Məktumdan Türkiyənin “Aksoy Holdinq”inə keçən TAIB-i almaq üçün BDDK-ya keçən il müraciət etmişdi.

BDDK-nın sövdələşməyə razılıq verməsindən sonra bankın səhmlərinin alqı-satqısı prosesinin rəsmiləşdirilməsi işləri başladılıb.

Qeyd edək ki, “PAŞA Bank” Türkiyədə korporativ müştərilərə investisiya bankçılığı sahəsində xidmət göstərməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl “PAŞA Bank” İdarə Heyətinin üzvü Taleh Kazımov Türkiyədə fəaliyyət göstərmək üçün hazırlıqların son mərhələsinə çatdıqlarını bildirmişdi.

“PAŞA Bank”dan verilən açıqlamada bildirilib ki, “PAŞA Bank” korporativ, ticarət və investisiya bankçılığı fəaliyyətlərini yerinə yetirərək artan regional ticarət və sərmayə əlaqələrindən alacağı dəstəklə şəffaf və sabit iş modeli göstərəcək: ““PAŞA Bank” xüsusilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında artan iqtisadi əlaqələrdən sonra türk bankçılıq bazarına girməyə qərar verib”.

Qeyd edək ki, “Aksoy Holdinq” “TAIB Bank”ı ötən ilin iyun ayında əl-Məktumdan alıb. Bank alındıqdan 3 ay ərzində 258 min türk lirəsi (təxminən 92 min manat) zərər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol