Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.

“AzPolitika” xarici mətbuata istinadən istinadən xəbər verir ki, bununla bağlı İranın yeni Ali Lideri Müctəba Xamenei Fərman imzalayıb.

Səid Cəlili radikal mühafizəkar siyasi partiya olan "Cəbhət-i Payidari"yə rəhbərlik edir.

İranın siyasi dairələrində sərt xətt tərəfdarı kimi tanınan Səid Cəlili əvvəllər müxtəlif yüksək vəzifələrdə çalışıb.

O, daha əvvəl Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb.

Cəlili son təyinata qədər Ali Milli Təhlükəsizlik Şurasında Ali Liderin nümayəndəsi vəzifəsində çalışır. Onu həmin vəzifəyə mərhum lider Ayətullah Əli Xamenei təyin etmişdi.

Səid Cəlilinin son prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkyanın rəqibi olub.
Seçkilərdə Məsud Pezeşkian 16 milyon 384 min 403 səs; Səid Cəlili 13 milyon 538 min 179 səs yığmışdı.

O, həmçinin İranın nüvə danışıqları qrupuna sədrlik edib. Cəlili Qərbə qarşı sərt münasibəti olan fiqur kimi tanınır.

Səid Cəlili 6 sentyabr 1965-ci ildə İranın Rəzəvi Xorasan vilayətinin mərkəzi Məşhəd şəhərində anadan olub.

Bəzi məlumatlara görə, 61 yaşlı Səid Cəlilinin ana tərəfdən azərbaycanlı qarışığı var. İddialara görə, Səid Cəlilinin anası əslən Ərdəbil bölgəsindəndir.

Səid Cəlili İran-İraq müharibəsində iştirak edib, Kərbəla-5 əməliyyatında yaralanıb və ayağı amputasiya edilib.Bu səbəbdən tərəfdarları arasında “Canlı şəhid” ləqəbini alıb.