Menu

Azərbaycanda ən çox maaşı bu şəxslər alır - MƏBLƏĞLƏR

19.03.2026, 15:37
Azərbaycanda ən çox maaşı bu şəxslər alır - MƏBLƏĞLƏR

Bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Şərhlər

Kasıb 2026-03-19 16:50:12

Neft qaz milyardlarını kimlər mənimsəyib ötürür xarici ölkələrə. Bunları da deyin dəəəəəə

Mühəndis 2026-03-19 16:05:41

Bu yalanların məqsədi nədir?Axı fakt belə deyil! Kimləri aldadırlar?

Azər 2026-03-19 16:02:07

İnandırıcı görünmür.300-500manat maaş alan işçilərin sayıümumi işləyənlər sayının 75-80 faizi olduğu halda bu rəqəmlər necə alınır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol