İran Silahlı Qüvvələri İsrail ərazisində bir neçə strateji obyektə zərbələr endirdiyini bəyan edib.
Rəsmi məlumata görə, hücumlar çərçivəsində İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binası, eləcə də “13-cü telekanal”ın Təl-Əvivdə yerləşən ofisi də hədəfə alınıb.
Bildirilib ki, əməliyyat zamanı İsrailin quru qoşunları ilə əlaqəli bəzi hərbi obyektlər də vurulub.
İran tərəfi bu hücumların ölkənin kəşfiyyat naziri İsmail Xətibin öldürülməsinə cavab olaraq həyata keçirildiyini qeyd edib.
"AzPolitika.info"

Şərhlər