Menu

YENİ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU - Rəşad Həsənov kimdir? + DOSYE

20.03.2026, 22:15
YENİ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU - Rəşad Həsənov kimdir? + DOSYE

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2009 - 2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012 – 2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

2010 – 2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012 – 2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

2018 – 2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

2018 – 2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub.

2020 – 2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.

2021 – 2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

İngilis və rus dillərini bilir. Ailəlidir.

Modern.az saytının məlumatına görə, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.

Şərhlər

Fakt 2026-04-05 21:49:50

Peşəkar rabitəçilər, qeyri peşəkar kadrlarla əvəz edilir ?

Nazim-ə 2026-03-23 17:11:47

Yaxşı olsa vəzifə verməzdirlər

Nazim 2026-03-23 16:20:09

sifətindən yaxşı kadra oxşamır...

Oxucu 2026-03-21 22:02:48

Nazir müavinlərin biri Fikrət Məmmədovun oğludur, biri də Fikrət Məmmədovun qohumudur ! Müavinlərin sayının artması oizafi xərclərin artmasına gətirib çıxarır.

oxucu 2026-03-21 21:52:21

hərbi xidmətdə olmadığını da tərcmeyi halında göstərməli idi

Sabiq rabitəçi 2026-03-21 21:12:19

Nazirlərin müavinlərinin sayı çox olmasına baxmayaraq, rabitədə inkişaf yoxdur ! Rəşad Nəbiyev nazirə olan kimi Nazirlərin qəbuluna düşmək olduqca rahat itdi. Rəşad Nəbiyev nazir olduqdan sonra onun qəbuluna düşmək qeyri-mümkündür!

TARİX 2026-03-21 17:46:34

SAKİT BƏY DOĞRU SÖZƏ NƏ DEMƏK OLAR.

Sakit 2026-03-20 18:22:31

Məsələn SOKAR-da "sertifikat"lı iqtisadçıları yüksək vəzifələrə gətiriblər, neft hasilatı isə günü-gündən aşağı düşür, çünki onların neft hasilatı barədə heç primitiv təsəvvürü belə yoxdur, 90-cı illərdə BP əməkdaşları bizim neft mütəxəssislərinin səviyyəsinə heyran qalmışdılar, indi onları hamısı işdən uzaqlaşdırılıb, infilis dilli sertifikatlı gənclər irəli çəkilb, onları da nə neftdən xəbəri var, nə də idarəçilikdən...neft isə bizim əsas gəlir mənbəyimizdir..Şəhriyar deyirdi:"Bizdən öndə gedir avropalılar, işi iş bilənə tapşırır onlar.."

Sakit 2026-03-20 18:10:58

son dövrlərdə Azərbaycanda dövlət orqanlarında yüksək vəzifələrə təyinat məsələlərində səmərəsiz bir tendensiya yaranıb, xaricdə sertifikat alan şəxslərin, o cümlədən ingilis xarici dil bilən şəxslərin yüksək vəzifələrə təyinatı dəb halını alıb, həmin şəxslərin çalışacaqları sahə üzrə püeşəkar biliklərinin olması isə ikinci plana düşüb, ya da ki ümumiyyətlə nəzərə alınmır, rabitə sahəsi spesifik sahədir və bilavasitə dövlət və ictimai təhlükəsizliklə bağlıdır...görəsən bu nazirlikdə rəhbər vəzifələrdə neçə nəfər professional rabitəçi və yaxud İT texnologiyası mütəxəssisi var ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol