Menu

AZƏRBAYCANDA ƏN BÖYÜK KÖRPÜ NƏ ZAMAN İSTİFADƏYƏ VERİLƏCƏK? - Prezident AÇIQLADI

23.03.2026, 14:48
AZƏRBAYCANDA ƏN BÖYÜK KÖRPÜ NƏ ZAMAN İSTİFADƏYƏ VERİLƏCƏK? - Prezident AÇIQLADI

Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var.

"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı müəssisənin əməkdaşları ilə görüşdə deyib.

“İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun”, - dövlət başçısı vurğulayıb.

Şərhlər

Bəhrami 2026-03-23 20:47:33

Cəmi 4-5 hər biri neçə metr hündürlükdə, əsrlərə dayanıqlı tərpənməz en kəsikli körpünün altında belə bəlkə iri sement, qum-çınqıl və beton zavodu səmərəli və daimi olardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol