Menu

“Azerros”un prezidenti istefa verdi

30.12.2014, 18:29
“Azerros”un prezidenti istefa verdi

“Azerros” prezidenti Asif Məhərrəmov vəzifəsindən istefa verib.

Bu barədə APA-nın Moskva müxbirinə "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 26-da "Azerros" Federal Şurasının sədri Mehriban Sadıqovanın adına qurumun prezidenti Asif Məhərrəmov adından ərizə daxil olub.

O, ərizəsində sağlamlığı ilə əlaqədar prezident vəzifəsindən istefa verdiyini yazıb. Bununla əlaqədar 2015-ci il yanvarın 15-dən gec olmayaraq "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol