Emil Rasimoğlu, şair-publisist, AYB-nin üzvü
Madam ki, son günlər ardıcıl olaraq Səməd Vurğunla bağlı ədəbi müzakirələr açılır, yazdıqlarından bəhs edilir, o zaman bir az da yaxın gəlin, bir-iki kəlmə deyəcəklərim var...
Əvvəla, onu deyim ki, klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə, belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər... var. Hansı ki, onlar BİRBAŞA sənəti (eləcə də sənətkarlığı!) ifadə etmir. Məsələn, bir hadisənin, mövzunun OLDUĞU KİMİ (xammal şəklində!), ƏDƏBİ TƏFƏKKÜRDƏN EMAL OLUNMADAN nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, əsla, yox!... Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud MƏTNsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə (xüsusən də kütləviləşmiş düşüncələrdə!) necə deyərlər, “ört - bastır” edir... edib. Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam dünyagörüş baxımından o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi... bu gün də belədi... hələ bəlkə bu gedişlə sabah da belə olacaq. Fikirlərimi bir az da konkretləşdirim... Məsələn, götürək, az öncə adını çəkdiyim, bu aralar qələmi barəsində tez-tez söz açılan Səməd Vurğunun külliyatını, yazdıqlarını. Ən çox nədən ibarətdir həmin külliyatın mahiyyəti, nüvəsi? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin... ümumilikdə mövzuların OLDUĞU KİMİ (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, bədii mətnə çevrilmədən, ədəbi təfəkkürdən emal olunmadan. MƏHZ BU BAXIMDAN DA Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox. Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi. Ədəbi müstəvidə bunlar çox incə və ciddi mətləblərdi...
Yeri gəlmişkən, gəlin, elə bu məqamda misal olaraq çoxlarının tez-tez adını çəkdiyi “Azərbaycan” şeirinə üz tutaq. Müəyyən bədii ştrixlərin fonunda populizmdən, sentimental şüarçılıqdan, publisistik fikir harmoniyasından... başqa, nə var axı, “Azərbaycan” şeirinin mahiyyətində? Gerçək sənəti, ədəbiyyatı ortaya qoyacaq YARADICI MASŞTAB yoxdu, axı... Niyə, “bütləşdirirsiniz” VƏ YA niyə “bütləşdirilməlidir” Kİ (Səməd Vurğunlar)? DİGƏR TƏRƏFDƏN, “hamı əzbər bilir”... “hamı sevir”... “sadə dildə yazıb”... faktları, detalları haçandan SƏNƏTin meyarı, təsdiqi, müəllifin YARADICI POTENSİALının göstəricisi olub? Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox... Səməd Vurğunun adı çəkilən kimi ANCAQ çoxluq (kəmiyyət), eləcə də çoxluğun üzərindəki müəllifin duyğu manipulyasiyası faktı meydana gəlir (çünki yazdıqlarının gerçək üzü buna əsas verir), demək olar ki, Səməd Vurğunu hər zaman ANCAQ çoxluqla (kəmiyyətlə) şərh edirlər. Təbii ki, bu isə sənətkarlığın İSBATI yox, kütləviliyin, kütləvi olmağın təqdimlərindən biridir. MƏSƏLƏN, Səməd Vurğun Salvador Dali ilə demək olar ki, eyni bir dövrdə yaşayıb. Dönün, Salvador Dalidəki (sənətə xas olan!) YARADICI MEXANİZMə baxın, sonra gəlin, Səməd Vurğunun yazdıqlarının tərkibinə, mahiyyətinə, eləcə də o tərkibi, o mahiyyəti ortaya qoyan mexanizmə baxın. QEYD ETDİYİM bu nüansda məqsədim Səməd Vurğunu Salvador Dali ilə müqayisə etmək deyil. Əsla!... Səməd Vurğun Salvador Dalidəki YARADICI POTENSİALla, düşüncə, baxış tərzi ilə müqayisəyə belə gələ bilməz. Sadəcə sözümün canı odur ki, məgər Səməd Vurğun görmürdümü gerçək SƏNƏT... YARADICILIQ... müəllifdə YARADICI BLOKun varlığı nə deməkdi, necə olmalıdır... ƏGƏR varsa hansı şəkildə özünü əks etdirməlidir?... Məgər görmürdümü?..
... Bir sözlə, nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil. KÜTLƏ TƏFƏKKÜRÜ İSƏ sənətkarlığı məsələnin nəzm, ahəng... hissəsində görür. Bu da yanlışlıqdan başqa heç nəyi ifadə etmir.

Şərhlər
Heyf,çox heyf.təəssüflər.
Ay yeniseylər ə bir fərli cızma-qara çıxart ortayA oxuyaq.belə mənasız məşğuliyyətdənsə, get Qarabağda yolsüpürənlərə, körpüsalanlara kömək elə bala, ayıbdı.keçmişdə olanlara- hər şeyə inkara yanaşmayın
Ay hörmətli naşir, ay yeniliklər, a bala ortaya ağlabatan bir cızma-qara qoyun, sonra inkara başlayın.
A bala yaz ayıdır get otur tənək bitkisinin yanında, onun tumurcuğundan axan rişələ bax, dad ona fəlsəfi yanaşma ( o qabiliyyət varsa)qalsın bir kənara, bir kəndçi bağban babanın ağlı ilə yanaşı.
A bala belə cızma-qara ilə gündəmə gəlmək həvəs qatarında düş yerə,
A bədbəxtlər, sizləri narahat edən nədir axı
Çox təəssüf
Ay hörmətli şair , bu nə cəfəngiyyatdır ??
Bu nə cəfəngiyyatdır ! Hörmətli alim , siz niyə bir əsr bundan qabağı lndiki süni intellekt əsrii ilə müqayisə edirsiz ??? O dövrün tələbi , görüş səviyyəsi elə idi, yəqin ki , bir əsr bundan sonra da indikiləi heç kim bəyənməyəcəkk.Belə yanlış fikirləelə insanları -- gənc nəslin təfəkkürünü korlamayın!!
Bu fərdin yazdığı tipik bir yanaşmadır. Belə tanınmamış yazıçılar dövrümüzdə yüzlərlə yox, minlərlədir. Onları narahat edən amil isə mıənim fikrimcə RETRO QISQANCLIQDIR, S. Vurgun 70 ildir rəhmətə gedib. bunları bu qədər ildən sonra od götürür ki. S. Vurgunu, o dövrün digər ədiblərini insanlar sevə-sevə oxuyur, bunları isə oxuyan yoxdur. O dahilərin xalq tərəfindən niyə sevilməsi fenomenini onları dar beyin bağırsağından keçmədiyi üçün müxtəlif cəfəng arqumentlər, nəzəriyyələr uyduururlar....Əbəsdir! Siz millətə indi də lazım deyilsiz, gələcədkdə də lazım olmayacaqsınız!!!!
SƏMƏD VURQUN MOVZUSU SƏNLİK DEYİL . BU MOVZU
COXDAN BİTİB .EL GOZU TƏRƏZİDİR . SƏMƏD VURQUN
AZƏRBAYCANİN SHEKSPİRİDİR .
Bu "məqaləyə" yer verdiyiniz üçün çox təəssüf edirəm.
Sizin anlaşılması zor olan bu cızmaqaranızın məqsədi də anlaşılmadır.Nə demək istədiyinizi belə izah edə bilmədiyiniz halda Səməd Vurğun kimi dahi şairi tənqid etməniz düşüncə xaricindədir.Ya Siz onu oxumamısınız.ya da oxusanız da anlaya bilməmisiniz.Çox heyf! Bəli,S.Vurğunun bəzi şeirlərindəPartiyaya.Stalinə hısr olunmuşsətirlər var.Bu zamanın məsələsidir.Guya indiki adını şair qoyanlar belə şeirlər yazmır? Özünüzü başqa sahədə sınayın,bu məsələ Sizlik deyil.Ayıb!
Səməd Vurğun bütün dövrlərin ən böyük şairidir
Salvador Dali ilə DAHİ SƏMƏD VURÖUNU yan-yana qoymaq sadəcə BARBARLIQDIR. Onların yaşadıqları zamanı və məanı gözardı edib, qiymətləndirmək sadəcə AYIBDIR, Cavid İBrahimzadənin fikirləri ilə tamamilə razıyam. SƏMƏD VURĞUNA EŞQ OLSUN!
Sabiqlər-Elmar Məmmədyarov və Mərkəzi Bankın sədri verilən suala elə cavab vermişdilər ki,illər keçməsinə baxmayaraq,hələ də onların cavabını bir adam başa düşə bilməyib.Sizin yazınız da onların cavabı kimi,heç özünüz başa düşdünüz nə yazdığınızı?!