Menu

Türkiyə və Azərbaycan Gürcüstanı ən böyük ticarət tərəfdaşıdır

30.12.2014, 19:03
Türkiyə və Azərbaycan Gürcüstanı ən böyük ticarət tərəfdaşıdır

2014-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 10,4 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi xəbərə görə, ölkənin idxalı 7,7, ixracı isə 2,6 milyard dollar olub.

Yanvar-noyabr ərzində 10 ən iri tərəfdaş ölkənin payına xarici ticarət dövriyyəsinin ümumi həcminin 86%-i düşür. Onların arasında Türkiyə (1,8 milyard dollar) 1-ci, Azərbaycan (1,1 milyard dollar) 2-ci, Rusiya isə 3-cü yerdədir - 752 milyon dollar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol