Menu

İŞİD-ə ağır zərbə: 300 ölü

30.12.2014, 21:42
İŞİD-ə ağır zərbə: 300 ölü

İraq ordusu hücum edərək bir şəhəri terrorçulardan geri alıb

İŞİD qruplaşması İraqda ağır məğlubiyyət alıb. ANS PRESS-in məlumatına görə, İraq ordusunun başladığı geniş miqyaslı hücum nəticəsində Düluyyə şəhəri terrorçulardan azad edilib. Terror qruplaşmasının 300-dən çox üzvü hücum zamanı öldürülüb.

İraq ordusunun hücumuna ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu İŞİD-in işğal etdiyi şəhərləri geri almaq üçün uzun müddətli hücum hazırlığına başladığını bəyan etmişdi. Bu məqsədlə ABŞ və Küveyt İraq ordusuna 361 tank verəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol