Sertifikatlaşdırmada 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 35% artırıla bilər.
Millət vəkili Vüqar Bayramov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydalara əsasən, qiymətləndirmə zamanı 30-50 bal arası nəticə göstərən təhsilverənlərin əmək haqqında 10 faiz, 51 baldan yuxarı toplayanlarda isə 35 faiz artım olur. Bunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Vüqar Bayramov bildirib ki, təklif qəbul olunduğu halda, bu daha çox müəllimin əmək haqqısının 35 faiz artmasına imkan yaradacaq.
Millət vəkili onu da bildirdi ki, hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad edilir. Ancaq təklif olunur ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsinlər. Çünki, bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslara qənaət etmələrinə imkan yarada bilər.//Xəzər TV

Şərhlər
Salam Niye sertifikasiya neticelerine gore maaslar edaletli bolunmur
30+. 10%
40+ 20%
50+ 35%
Niye 3 merhelede hesablanmir
Guya 50+ yigib 35% alan müəllımın daha yaxsi ders kecirmi
Bu edaletsiz qerardi
Niyə müəllimlərin maaşını qaldırmırsız?
Miqdə yüksək balla işə qəbul olmuşam,, 2 ildir 213 manata işləyirəm.
Ondan qabaq da bir il müddətli müqavilə işləmişəm.
3 İldir işləyirəm maaşımda artım yoxdur.
Bu nə dərəcədə doğrudur?
Niyə pensiyalar, əmək haqqları inflyasiyaya uyğun artır, amma mən 3 İldir 213 manata çalışıram. Bunu heç oturub düşünən var?
Sertifikasiyada qazanılan faizlərin bura heç bir dəxli yoxdur...
Mənim kimilərin haqqları tapdanır...