İstanbulun Beşiktaş rayonunun Levent qəsəbəsində yerləşən İsrail Konsulluğu yaxınlığında silah səsləri eşidilib. 

"AzPolitika" xəbər verir ki, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub və ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşları hadisəyə müdaxilə edib. 2 polis yaralanıb, 3 şübhəlinin isə zərərsizləşdirildiyi bildirilir.

Polisdən verilən məlumata görə, şübhəlilərdən 2-si öldürülüb, 1-i isə yaralı vəziyyətdə saxlanılıb. Ədliyyə naziri Gürlek bildirib ki, İstanbulda İsrail Konsulluğu ətrafında baş verən silah səsləri ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Kəşfiyyat orqanlarının ilkin qiymətləndirməsinə əsasən, hücumun DEAŞ terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek də sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru vəzifələndirilib:"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".