İran lideri Məsud Pezeşkian bildirib ki, milyonlarla İran vətəndaşı ölkənin müdafiəsi üçün səfərbər olmağa hazırdır.
O, “X” sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib:
“14 milyondan çox cəsur iranlı artıq İranı müdafiə etmək üçün canından keçməyə hazır olduğunu bəyan edib. Mən də həmişə İran üçün canımdan keçməyə hazır olmuşam, hazıram və hazır olacağam”.
Pezeşkianın sözlərinə görə, bu çağırış ölkədə başladılan “Canfəda” kampaniyası çərçivəsində səsləndirilir və məqsəd əhalinin müdafiə ruhunu gücləndirməkdir.
"AzPolitika.info"

Şərhlər
21- ci esrdir bu İran adlı dövletin milletinin şüuru hele 19- cu esrdedir ne gündedir bu İran bütün dünta ölkeleri ireli gedende İİran keçmişe qayıdır.