Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.
İntizam tədbirləri çərçivəsində 2025-ci ildə 56 əməkdaşa yazılı, 81 əməkdaşa şifahi xəbərdarlıq, 8 əməkdaşa töhmət verilib, 1 əməkdaş isə aşağı vəzifəyə keçirilib.
Vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan araşdırmalar nəticəsində isə əlavə olaraq 16 əməkdaşa yazılı, 32 əməkdaşa şifahi xəbərdarlıq, 35 əməkdaşa töhmət, 3 əməkdaşa şiddətli töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 əməkdaşın əmək müqaviləsinə xitam verilib.
Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.
“AzPolitika.info”

Şərhlər
O 8 milyonu rahat yemək üçün haqqı deyənləri necə şərlədiklərini, ölüm həddinə çatdırdıqlarını, hətta neçə ölümlərə göz yumduqlarını da yazın. Töhmət nədir ki bunların qarşısında? Dayıları var deyə ancaq töhmət? Ayıb olsun! Hələ də aparılan yoxlama nəticələri açıqlanmayıb açıq aşkar SXA ilə bağlı
Nə qədər ki, bu ölkədə qohumbaz,tayfabaz,korrupsioner, rüşvətxor,talançı və soyğunçu məmurlar olacaq bu belə də davam edəcək....Nahaq yerə bizə "qılınc gücünə müsəlman "deməyiblər. Qorxduqları güc yoxdur üstlərində ona görə istədikləri kimi ağalıq edirlər.
Niyə tenha qadınlara güzəşt olunmur. Heç olmasa vaxtında 55-60 yaşında pesiya yaşina kimi dolanmalari və müalice olunmalar üçün müavinətlə təmin olunmurlar
Bu qədər yeyintiyə görə belə cəza ?? Əksinə, başda oturanları lap ,,yuxarılara"" çəkib apardılar.
Utanmirlarda töhmetde veriler dedelerinin yolu drnaq arasi arxa teker çixan kimi 100m 2 bal
8 milyonu mənimsəmək üçün yəqin bir çox zsmandır ki yavaş yavaş yeyirlərmiş. Sadəcə biyabrçılıqdı
Töhmət nədir layiq olduqları cəzamı alsınlar
40 -45 iş stajı olanlar niyə 3-4 il tez çıxa bilməsinlər təqaüdə. Sosia lƏdalətlik bəs hanı.Məmurlarin və millət vəkillərinin maaşı minumum əmək haqqına bağlı olmalıdır idarələrdə sıravi işçilərlə rəhbər işçilərin əmək haqqındakı böyük fərqlər araşdırılmalıdır Bu nazirlikdəkilər nə işlə məşğuldurlar.Hansi təklifləri veriblər insanların yaşayış səviyyəsinin yaxsilasdi .l ucun
Əhalinin sağlıq və sosial inkişafı nazirliyi adılanmalıdır səhiyyə naz ləğv edilməlidir Pensiya sistemində köklü reformlar olmalı,3 Yaşı olan ailələrə və qadınlara güzəştlər olmalı,kənddə yaşayanlara və işləyənlərə sosial güzəştlər olmalidir
Necə olur ki 60 yaşında pensiya çıxanda deyirdilər ki 12 il yaşayır təqaüdçülər,yaşi65elədilər deməli144 də azaldılmalıdır.əmək nazirliyi yatıb fil qulağında bu əmsal azaldılmalıdır.yəni144 yox ən azi120 ən optimal100 ə bolunməlidir
Yiyesizlikdir.....
"Məncə (yazılı və şifahi xəbərdarlıq, töhmət, aşağı vəzifəyə keçirilmə və s)... çox ağır cəzalar verilib, yüngülvari nəzərlərinə çatdırılsaydı, bəs edərdi. Nədi ki, cəmisi 8-cə milyon bədxərclik, bunnan ötrü o boyda Nazirlik əməkdaşlarını cəzalandırmağı düzgün hesab etmirəm"...
Malades!!! Menzerediyeee menzere,,,, ne vaxt qurtulacuq bu rüshvetden, korrupsiyadan?
Malades!!! Menzerediyeee menzere,,,, ne vaxt qurtulacuq bu rüshvetden, korrupsiyadan?
Bu qurum qeder xalqa zulm eden 2-ci bir orqan yoxdur, inanmiram ki, bu qder yeyintini tekbashina yesinler, hele bu uzde olandir! 10 mlyonluq, kicik bir olkede onlarin kontingentine bax- bunun terkibinde neqeder muxtelif qurumlar olar?
Ayıbdı.ayib.bu qədər.de həyasız.olasan.danisasan.ki.8.milyon.pul .yeyilib.tohmet verilib.deyirler ki.usaq pulu.vermek olmur.ne.veresidiler.ozderi yiyir.haramniz.olsun
ƏƏSMN cəhənnəmin yer üzünə yansımış filialıdır. Bəli bu filial, nə Amerika, nə İtaliya, nə Çin kimi nüfuzlu ölkələrdə deyil, Azərbaycan adlı çoğrafiyada təzahür etdi. Öz də XXI əsrdə.
Sosial yardım sahəsində monitorinq əməkdaşlarının savadsız qanundan kənar
8 milyon vəsaitin dağıdılmasına görə töhmət verilir ?
Bax budur bizim xarab sistem.Tayfabaz, korrupsiyoner, monopolist memurlar bir birini destekleyir. Dövletin, milletin malini, varini yeyib dagidirlar, ya töhmet alirlar, ya da ki 4-5 il hebs cezasi.Sonra da ki, qohumlari,himayadarlari bu şerefsiz memurlari ya amnistiyaya salirlar,ya da ki açib buraxirlar. Ekseriyyeti hetta yeniden vezifelere teyin edilirler. Ona gõre de Azerbaycanda heç bir sahede yaxşiya dogru heç ne deyişmeyecek...
Bəs 8 milyon xalqın pulu hara getdi?Budurmu yoxlama? Qərar? Ölkə belə talanır!Hakimiyyət niyə Sahil Babayevdən tələb etmir?Bu yeinti hələ də davam edir.