Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarant Sığorta”nın İdarə Heyətinin üzvü Natəvan Əliyevanı qətlə yetirməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Aznews.az xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində adları hallanan şəxslər dindirilib.
Zərərçəkmiş qismində mərhumun anası Tamara Əliyeva bildirib ki, hadisədən 10 gün sonra hüquq mühafizə orqanları tərəfindən qızının qatilinin tapıldığını eşidib.
Tamara Əliyeva məhkəmədən maddi və mənəvi təzminat istəmədiyini deyib və xahiş edib ki, qatilə ömürlük həbs cəzası verilsin.Məhkəmədə qatil Tərlan Tahirovun atası və anasına söz verilsə də, onlar danışmaqdan imtina ediblər.
Məhkəmənin növbəti iclası yanvar ayının 9-a təyin edilib. Qeyd edək ki, 2014-cü il iyulun 11-də Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həmin

"Qarant Sığorta" "Qarant Holdinq"ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.


Şərhlər