İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının bağlanması ilə bağlı açıqlamasına münasibət bildirib.
“AzPolitika”-nın məlumatına görə, SEPAH-ın bəyanatı “X” sosial media platformasında yayımlanıb.
“Bütün hərəkətlər Hörmüz boğazında silahlı qüvvələrin tam nəzarəti altındadır. İstənilən yanlış hərəkət düşməni boğazın ölümcül burulğanlarına çəkəcək”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin blokadasına başlanacağını, İrana ödəniş edən gəmilərin saxlanılacağını və boğazın minalardan təmizlənəcəyini bəyan edib.

Şərhlər