Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini, general-mayor Həsən Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum olunub.
Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, H.Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum edilib. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə prezident İ.Əliyevin korteji yenə tıxacda qalıb.
Xəbərə görə, hadisə dekabrın 26-da prezidentin korteji “Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.

Əvvəlki insident prezident İ.Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün səfirliyə gedərkən baş vermişdi.
Qaydaya görə, prezidentin kortejini Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, general-mayor Həsən Şirinov müşayiət edir.
H.Şirinovun sürcüsü yolu səhv salaraq “Gənclik” tərəfə aparan tunelə girib. Sonradan bəlli olub ki, buna general H.Şirinovun sürücüsünün günahı olub. Prezidentin korteji tıxacdan çıxandan sonra generalın maşını əlindən alınıb. Sonra isə sürücü polis orqanlarından qovulub.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…


Şərhlər