Menu

Dolmabahçe sarayının qarşısındakı polis məntəqəsinə əl bombası atılıb

01.01.2015, 23:30
Dolmabahçe sarayının qarşısındakı polis məntəqəsinə əl bombası atılıb

Türkiyənin İstanbul şəhərində yerləşən Dolmabahçe sarayının qarşısındakı polis nəzarət məntəqəsinə əl bombası atılıb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, əl bombası partlamayıb. Polis ona atəş atmağa çalışan basqınçını yaxalayıb.

Ərazidə hərəkət dərhal məhdudlaşdırılıb. Polis əraziyə atılmış iki əl bombasını zərərsizləşdirib.

İstanbul Polis İdarəsindən verilən açıqlamada saxlanılan şəxsdən bir uzun namlı silah və bir tapança tapıldığı bildirilib. Polisin açıqlamasında basqınçının terror təşkilatının üzvü olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol