İlk oyunda Almaniyanın "Bavariya" klubuna 2-1 hesabı ilə uduzan İspaniyanın "Real Madrid" klubu cavab oyununda "Allianz Arena"da da 4-3 hesabı ilə məğlub olaraq Çempionlar Liqasının yarım-final mərhələsində mübarizəni dayandırıb.

Oyuna damğa vuran isə Türkiyə millisinin gənc ulduzu Arda Gülər olub. Arda Gülər biri cərimə zərbəsindən olmaqla iki möhtəşəm qolla yadda qalıb.

Aarda Gülərin bu oyunu "Mançester Siti"nin dünyaca məşhur ulduzu Erlinq Halandın da diqqətini çəkib.

Norveçli sosial şəbəkə hesabından Arda Gülər haqqında paylaşım edib "Bu an üçün doğuldum" mesajını yazıb.

Halandın bu paylaşımı qısa zaman ərzində sosial şəbəkə istifadəçiləri arasında viral olub.

"AzPolitika.info"