Menu

Türkiyə və İran bir-birinə güzəştə getdilər

02.01.2015, 01:21
Türkiyə və İran bir-birinə güzəştə getdilər

Türkiyə və İran hökuməti qarşılıqlı güzəştə gediblər. Axar.az xəbər verir ki, iki ölkə arasında gömrük rüsumlarının azaldılması ilə bağlı müqavilə imzalanıb. Türkiyənin 140 adda məhsula, İranın isə 125 məhsuluna gömrük rüsumları azaldılıb.

Türkiyə İqtisadiyyat naziri Nihat Zeybəkçi və iranlı həmkarı Rza Nemətzadə arasında Tehranda keçirilən görüş zamanı cəmi 265 məhsulun rüsumları azaldılıb.

Tərəflər bundan sonra da qarşılıqlı güzəştlərin olacağını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol