Menu

Moldova rus generalları “persona non grata” elan etdi - “Sülhməramlı” zabitlərə sanksiya tətbiq ediləcək

17.04.2026, 14:15
Moldova rus generalları “persona non grata” elan etdi - “Sülhməramlı” zabitlərə sanksiya tətbiq ediləcək

Moldova hökuməti qondarma “Dnestryanı respublikası”ndakı Rusiya “sülhməramlı” hərbi qüvvələrinin komandanlığını Moldova Respublikasındakı arzuolunmaz şəxslər siyahısına salıb.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli media rəsmi strukturlara istinadla məlumat yayıb.

Arzuolunmaz şəxslər siyahısına aşağıdakılar əlavə edilib:

- “Sülhməramlılar”ın komandiri, general Dmitri Zelenkov;

- Komandir müavinləri Dmitri Opalev, Sergey Maşenko və Sergey Şirşov;

- Qərargah rəisi Marat Yarulin

- Aleksey Boqomolov;

Bütün bu "sülhməramlılar", əgər qondarma respublikadan Rusiyaya getsələr, geri qayıda bilməyəcəklər. Çünki qondarma respublikanı tərk etmək və ora qayıtmaq üçün Moldovanın ərazisindən keçməli, paytaxt Kişinyovdan uçmalıdırlar. Bu zaman onlara sanksiya tətbi qedləcək və “deport” olunacaqlar.

Moldovadan başqa, onların Dnestryanıdan ayrılmaq üçün yeganə variantı Ukraynadan keçməkdir. Bunun üçnsə həmin generallar Ukraynaya əsir düşməlidirlər…

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol