Menu

Belaruslara ilk dəfə Putinin Yeni il müraciətini göstərməyiblər

02.01.2015, 01:24
Belaruslara ilk dəfə Putinin Yeni il müraciətini göstərməyiblər

Belarusda ölkənin ən yeni tarixində ilk dəfə olaraq köhnə ili qonşu Rusiyanın prezidentinin müraciətini dinləmədən yola salıblar.

Musavat.com-un məlumatına görə, Belarus nəşri “Naşa niva” bu xüsusda yazıb: “Belarusları 31 dekabrda ilk dəfə yad dövlətin başçısının təbrik eləməsi kimi absurd vəziyyət iki on il ərzində saxlanılıb”.

Qeyd edək ki, uzun illər əksər ailələr Yeni ili saat 23:00-da Putinin təbriki ilə, 1 saat sonra - gecə yarısı isə yerli vaxtla qarşılayırdılar. Ancaq payızda Rusiyada saat əqrəblərinin 1 saat geri verilməsi nəticəsində iki paytaxtda zaman üst-üstə düşür.

Ona görə də bu dəfə Belarus telekanalları kimin təbrikini verməklə bağlı seçim qarşısında qalıblar. Ancaq onların heç biri Putinin müraciətini yayımlamayıblar.

Onu da qeyd edək ki, Lukaşenko xalqa rus dilində müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol