İcra məmurlarının hüquqları genişləndiriləcək.
“AzPolitika" Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.
Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.

Şərhlər
1992 cı ildə 20.000 rubl pukum əmanət kitabçasında batdı.Sosiala yığılan pulun üstünə faiz gəlmir.Əmək haqqından avans götürürsən ,100 manat 6 manat tutur.ancaq aylarla kartda qalanda üstünə faiz gəlmir.Bunları fikirləşsin icraçılar
Hər ay banklara(müxtəlif) 700 manata yaxın pul ödəyirəm.Əmək haqqım 830m dır.Hər şeyin qiyməti qalxıb,bizim maaşımız isə sertifikasiyadan aslıdır.Belə çıxır ki, biz müəllimlər yalnız seçkidən seçkiyə lazım oluruq.İndi də banklar bir az da qanımızı soracaqlar.Hanı ədalət?.
Hökumətin yeni "təşviqi". Yəni banka borcu olanın uşaq doğurmamağı məsləhətdir? Belədirsə onda əhali sayımız da iqtisadiyyatımız kimi inkişafdan cırılıb dağılacaq...
Bele bir Qanun Tek Azerbaycanda ola biler Dunyada bele bir duşuncesiz qanun yoxdur Xeste yigini
Bankların faizləri endirilməlidir.Vətəndaş krediti götürdükdın sonra nəzərdə tutdugu işini başa çatdıra bilmir.Məcbur olub başqa bankdan götürür.Sonra ömrünün axırınadək ancaq kredit ödəyir. Bank krediti iqtisadiyyatın inkişafına,insanların rifahının yaxşılaşdırılmasına xidmət etməlidir,çökməsinə yox.
"Uşağının olduğu yer"ı müəyyən etməkdə məqsəd nədir? Borcun yerinə uşağını götürəcəklərmi?
Hörmətli Azpolitika ilk baxışda bu qanun çox vahiməli görünür və mahiyyəti anlaşıqlı deyil. Xahiş edirik bu qanunu sadə, başa düşüləcək dilə çevirib oxuculara çatdırasınız. Təbii ki,əgər özünüz də bunların yazdıqlarından bir şey anlamısınızsa. Müşahidələrimiz göstərir ki, siz reytinqli və populyar olsanz da heç vaxt oxucularınızın xahişini nəzərə almırsınız. Bunu bir qeyd olaraq dedik. Qayıdaq dərc etdiyiniz qanununun üzərinə. Burada uşaqlarla bağlı qaranlıq bir məqam var. Başa düşmək mümkün deyil ki, icra məmuru əgər atanı tapa bilmsə onun uşağının yerini tapacaq NƏ DEMƏKDİR? Yəni 5 yaşlı, ya 7 yaşlı uşağı tapandan sonra onunlamı haq-hesab çürüdəcək? Atasının borcunu ondanmı istəyəcək, ya uşağı oğub öldürəcək bəlli deyil. Buna bir aydınlıq gətirin.
Ela esas milleti faizlerle minen Banklardır millet axırıncı paltarını satsa da olar .Bes ne vaxt Milli mecıis bankları dünya tecrübesimden yeni 24-30% yox 1,5-3 % kreditler vermeye teşviq edecek .Yeqin Milli Meclisin banklara hücü çatmır çatsa idi bu addım atılardı esas Bankıardı betendaş birteher ötüşer.