Donald Trampın apardığı daxili və xarici siyasət bir zaman onun ən qatı tərəfdarı olmuş şəxsləri belə məyus etməkdədir.
“AzPolitika” xəbər verir ki, tanınmış jurnalist Taker Karlson Trampı dəstəklədiyinə görə amerikalılardan üzr istəyib.
Xüsusilə də ABŞ və İsrailin İrana hücumundan sonra Trampı tənqid etməyə başlayan Taker Karlson son müsahibəsində əvvəllər Trampa açıq dəstək verdiyinə görə vicdan əzabı çəkdiyini deyib: "Düşünürəm ki, bu, öz vicdanımı ciddi şəkildə araşdırmalı olduğum bir andır. Biz bundan (Donald Trampın seçkidə qələbəsindən – red.) uzun müddət əziyyət çəkəcəyik. Demək istəyirəm ki, insanları yanıltdığıma görə peşmanam – bunu qəsdən etməmişəm. Donald Trampın seçilməsində rol oynamağım fikri məni uzun müddət narahat edəcək. Demək istəyirəm ki, insanları yanıltdığım üçün üzr istəyirəm. Deyəcəyim budur".
Karlson həmçinin vurğulayıb ki, bir çox amerikalılar Trampın aşağı əxlaqi keyfiyyətlərindən xəbərdar idilər, lakin yenə də ona səs veriblər.
Tramp daha əvvəl Karlsonu tənqid edərək jurnalisti “aşağı zəkalı insan” adlandırmışdı. Buna səbəb jurnalistin İrandakı hərbi əməliyyatla bağlı mövqeyi olub.
“AzPolitika.info”

Şərhlər
Bizim sevgili peyğəmbərimizin bir nəsihəti var. Deyib ki, kim hansı səhvi etməsindən asılı olmayaraq əgər səndən bağışlanmasını diləyirsə onu mütləq az da oplsa bağışlayın. Bu mənim qulağımda bir sırğa kimidir. Bu günki və sabahkı SALAMların ən gözəli Məhəmməd Mustafanın üzərinə olsun.