Böyük Vətən Müharibəsi zamanı bütün ölkə cəbhə üçün çalışıb və bu gün də belə olmalıdır.
“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin "Kiçik Vətən - Rusiyanın Gücü" forumunda çıxış edərkən deyib.
"Böyük Vətən Müharibəsi zamanı bütün arxa cəbhə ön cəbhə üçün, əsgərlərimiz üçün, müdafiəçilərimiz üçün çalışıb. Onlar yalnız tanklar, təyyarələr, toplar və mərmilər istehsal etməyiblər. Axı, Böyük Vətən Müharibəsinin ən çətin aylarında, 1941-1942-ci illərin şaxtalı aylarında, uşaqlar, nənələr və qadınlar corab toxuyur, cəbhəyə bağlamalar və hədiyyələr göndərirdilər… Qələbələrimizin uğuru məhz bu birlikdədir. İndi də belə olacaq", - deyə Putin bildirib.
O əlavə edib ki, Kreml Ukrayna ilə sərhəddə "təhlükəsizlik zonası" yaratmağa davam edəcək və "SVO-nun bütün məqsədlərinə nail olunacaq”: "Bütün bunların necə bitəcəyini bilirik, amma bu barədə heç bir açıqlama verməyəcəyik; sadəcə özümüz üçün qoyduğumuz məqsədləri həyata keçirəcək və onlara nail olmağa çalışacağıq".
Bu arada Kremlə yaxın “Bloomberg” mənbələrinin məlumatına görə, Donald Tramp administrasiyasının vasitəçiliyi ilə bir ildən çoxdur davam edən sülh danışıqları dalana dirəndiyindən, Putin müharibəni daha bir-iki il davam etdirməyə hazırlaşır.
“AzPolitika.info”

Şərhlər