Menu

MƏMMƏDOV 1 İLDƏ 176,4 MİLYON ARTIQ VƏSAİT XƏRCLƏYİB... - Hesablama Palatası açıqladı

22.04.2026, 21:35
MƏMMƏDOV 1 İLDƏ 176,4 MİLYON ARTIQ VƏSAİT XƏRCLƏYİB... - Hesablama Palatası açıqladı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

"AzPolitika" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilib.

Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

Eyni zamanda, 2024-cü ildə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.

Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

Xatırladaq ki, Saleh Məmmədov 2017-2026-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri olub. 6 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.

"AzPolitika.info"

Şərhlər

Daglar oglu 2026-04-24 16:40:54

Cox maraqlıdı bir adam işdən cıxan kimi Hesablama palatası başlıyır yoxlamaya bu boyda pul yeyiləndə hara baxırdılar?

Vahid 2026-04-22 20:51:50

Talan qarət davam edir və həmişə edəcək

Cəfər 2026-04-22 13:13:27

Bakı-Gəncə yolu bərbad vəziyyətdədi, görəsən son 15 ildə bu yolun təmirinə və saxlanılmasına vəsait ayrılmayıb?

sadiq 2026-04-22 11:40:04

materiallarə Baş prokurorluğa göndərmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol