Menu

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

22.04.2026, 10:45
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.

“AzPolitika” APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.

Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

Şərhlər

Əliyeva Turanə 2026-04-25 00:26:25

Şehersalmada Vasif Quluyev Ramin Abdullayev Namig Hunbetov bizim 135 min manat vesaitimize qol cekdirif ne evimizi tikmediler nede pulumuzu vermediler 44 günlük müharibede evimiz qezaya ugradi usden iler kecif bizim başimiza oyun acdilar ele bu Niyazi Bayramovda mene Nazirlikden gelen mektublarin hec birine cavab yazmirdi qebuluna düşenmirdik sözümüzü deyek xaiş edirem işimle bagli kömek edin evsiz qalmişam

Pərvanə 2026-04-24 02:00:52

Kəlbəcər icrasinda yoxlanilmalidi ele hamsida neler pullar gedir ortaliqda

Taleh 2026-04-22 20:40:32

Hansl yollardan söhbet gedir?bezi yerlerde asfalt olub.qalanlarl yamaq olub.özlerini etiraflarlnl fikirleşirler.Gencede ne,iş görüldüse Yelmar Müəllimin vaxdlnda görülüb.

sadiq 2026-04-22 11:43:04

Gəncə icra hakimiyyətində oğurlanan bütün dövlət vəsaitləri büdcəyə geri qaytarılmalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol