Menu

“Luqansk"da separatçılar bir-birini məhv edir- Səhra komandiri öldürülüb

02.01.2015, 15:36
“Luqansk"da separatçılar bir-birini məhv edir- Səhra komandiri öldürülüb

Bu gün sosial şəbəkələrdə Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”ında silahlı toqquşma haqda xəbərlər yayılıb. Rusiya və Ukrayna internet resursları xəbər yayıb ki, separatçılara yaxın qruplar “VKontakte” şəbəkəsində “Betmen” ləqəbli səhra komandirinin və bir neçə mühafizəçinin Luqanskda öldürüldüyü haqda məlumatlar yayıblar.

Məlumatlarda deyilir ki, bu gün səhər saatlarında “Luqansk Xalq Respublikası”nın 4-cü briqadasının qərargah rəisi Aleksandr Bednov (“Betmen”) öldürülüb. Onun arvadı Aleksandra Bednova və bir neçə mühafizəçisi həbs olunub.

Atışma zamanı “Betmen”in 6 mühafizəçisi də öldürülüb, onların arasında “Ramil” ləqəbli Azərbaycan vətəndaşı da var.

“Betmen”in tərəfdarları bildirir ki, səhra komandirini və mühafizəçilərini öldürən “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskinin adamlarıdır. Atışma Georgiyevsk qəsəbəsi yaxınlığında baş verib. “Betmen” və mühafizəçiləri pusquya salınıb və maşınlarına qumbaraatnla atəş açılıb. Nəticədə “Betmen”in konvoyundan 2 maşın-zirehli transportyor və müşaiyət maşını yandırılıb. Maşınlara BMP-dən atəş açıldığı, daha sonra avtomat və pulemyotlarla “Betmen”İn konvoyunun atəşə tutulduğu bildirilir.

Məlumatlara görə, Plotnitsikinin adamlar “Betmen”i “dövlət çevrilişi cəhdinə” görə öldürüblər. Səhra komandirinin yerli kazakların lideri ilə “çevriliş” planlaşdırdığı iddia edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol