Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır, lakin bu danışıqlar məhsuldar olmalı və razılaşmanın yekunlaşdırılması mərhələsində baş tutmalıdır.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Peskov yenə Putinin görüşün Moskvada keçirilməsini istədiyini qeyd edib: "Əsas məsələ görüşün məqsədidir. Görüşün məqsədi nədir? Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Görüş üşün əsas olmalıdır. Ən əsası görüşün məhsuldar olmasıdır. Bu görüş yalnız artıq əldə olunmuş razılaşmaların yekunlaşdırılması məqsədi daşımalıdır".
Peskov həmçinin iddia edib ki, Moskva Ukrayna tərəfindən "münaqişənin həlli üçün siyasi iradə" görmür.
Amerika nümayəndələri ilə görüşün bu həftənin sonuna qədər baş tutub-tutmayacağı ilə bağlı suala cavab olaraq Peskov deyib: "Bu görüş hətta sabah da baş tuta bilər. Amerikalı dostlarımızı burada görməyə həmişə şadıq".
Qeyd edək ki, bundan öncə Ukrayna tərəfi də prezidentlər səviyyəsində istənilən vaxt və Moskva ilə Minsk istisna olmaqla istənilən yerdə görüşə hazır olduğunu bəyan edib. Ukrayna XİN başçısı deyib ki, belə bir görüş üçün ən münasib yer İstanbul ola bilər və bunun üçün rəsmi Kiyev hətta artıq Türkiyəyə müraciət də edib.
“AzPolitika.info”

Şərhlər